Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibliyindən bildirilib.
“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək ”, - deyə məlumatda qeyd olunub.