Netanyahu hökumət koalisiyasını qorumaq üçün Qəzzada münaqişəni yenidən başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat "Washington Post" nəşrində yer alıb.
Xəbərdə deyilir: "Netanyahu bağlı qapılar arxasında öz müttəfiqlərinə vəd verir ki, müharibə elə atəşkəsin 42 gün müddətini əhatə edəcək ilk mərhələsindən sonra bərpa oluna bilər".
O da qeyd olunur ki, Netanyahu bu addımı hökumət koalisiyasını qorumaq üçün atır. Xatırladaq ki, atəşkəs barədə müqavilə yanvarın 19-da qüvvəyə minəcək və onun ilk mərhələsi 42 gün davam edəcək.