09:30
7 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı 2019-cu il tarixli sərəncamını yeniləyib.

Teleqraf.com xəbər verir ki, yenilənmə ilə Türkiyənin Suriyada terror təşkilatlarına qarşı əməliyyatlarına istinadlar silinərkən, yeni sanksiyalar əlavə edilməyib.

Digər yandan, sanksiyalara məruz qalan şəxslər və qrupları dəstəkləyənləri əhatə edən ümumi sanksiyalar genişləndirilib. Bu bölmədə Türkiyə üçün konkret sanksiyalar dəyişikliyi edilməyib.

Xatırladaq ki, ABŞ rəhbərliyi Suriyada PKK/YPG terror təşkilatına qarşı əməliyyatlarla bağlı Türkiyəyə sanksiyalar tətbiq eləmişdi. ABŞ prezidentinin məlum sərəncamının yenilənməsi ilə Türkiyənin adı mətndən tamamilə çıxarılıb.

Bundan əlavə, Türkiyənin Suriyadakı əməliyyatlarının sülh və sabitliyi pozduğu, mülki əhalini təhlükə altına atdığı və İŞİD terror təşkilatı ilə mübarizəyə zərbə vurduğuna dair ittihamlar da mətndən çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər