Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ-yə işgüzar səfər edib.
Teleqraf.com xəbər verir ki, o, ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.
Səfər çərçivəsində sabiq dövlət başçısının yüksək səviyyəli ikitərəfli görüşləri də planlaşdırılıb.
Gürcüstan mediasında yayılmış məlumatlara əsasən, andiçmə mərasimində iştirak etmək üçün dövlət və hökumət rəsmiləri dəvət almayıb.
Xatırladaq ki, S. Zurabişvilini mərasimə respublikaçı konqresmen Co Vilson dəvət edib. D.Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.