17:17
265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova AZAL sərnişin təyyarəsinin qəzası ilə bağlı yazdığı iddia edilən saxta məktubun müəllifləri müttəfiq Rusiya və Azərbaycanın münasibətlərinə zərbə vurmaq istəyiblər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu saxta məktub olduqca gözəl ingilis dilində yazılıb. Bəs bu hekayələrin arxasında kimlər durur, bütün bunlar kimə lazımdır? Məncə, Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinə zərbə vurmaq istəyənlər, ötən illərdə addım-addım müxtəlif üsullarla ümumavropa aviasiya logistikasını məhv edənlər, ölkəmizin, regionumuzun hava məkanında uçuşların qarşısında əngəllər yaradanlar...

Bulanıq sularda belə oyunçular çox olur”, - diplomat bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər