09:42
2 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Belarusdan geri çağırılan səfiri Razmik Xumaryan bir daha Minskə qayıtmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Lukaşenko ilə Paşinyan arasında uzunmüddətli mübahisədən sonra ötən ilin iyununda Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan İrəvana çağırılıb və bir daha Minskə qayıtmayıb.

Xarici İşlər Nazirliyinə yaxın mənbələr onun Minskə qayıtmayacağını, üstəlik, Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya meydan oxuyaraq, onun Ukraynaya səfir göndəriləcəyini iddia edirlər”, - erməni nəşri yazıb.

“İravunk” bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan nə Xumaryanı Minskə qaytarmaq niyyətindədir, nə də yenisini təyin etmək. Bundan başqa, Paşinyan ölkə rəsmilərinə Minskə səfər qadağası qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər