Hakim "Gürcü arzusu" partiyasının atdığı addımlar Gürcüstanı sanksiyalara məruz qoya bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller "X" sosial şəbəkəsində bəyan edib.
O bildirib: "Biz zorakılığı qətiyyətlə qınayırıq. Gürcüstan hakim "Gürcü arzusu" partiyasının addımlarına görə sanksiyalarla üzləşə bilər".
O, ölkənin keçmiş baz naziri Georgi Qaxariyaya hücum barədə xatırladıb.
Dövlət Departamenti təmsilçisinin bəyanatında bildirilir: "Biz dinc gürcü vətəndaşlara, etirazçılara, jurnalistlərə və müxalifətçilərə, o cümlədən Gürcüstanın keçmiş baş naziri Qaxariyaya qarşı zorakılıqları qətiyyətlə pisləyirik. Bu, "Gürcü arzusu"nun repressiv fəaliyyətinin növbəti nümunəsidir və belə addımlar ölkəni təcrid vəziyyətinə gətirib çıxara bilər".
Xatırladaq ki, bir müddət əvvəl Batumidə naməlum şəxslər müxaifət lideri, "Gürcüstan naminə" partiyasının rəhbəri, sabiq baş nazir Georgi Qaxariyaya hücum edib.