Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.54% artaraq 81.744 dollar/barelə çatıb.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri 0.82% artaraq 79.322 dollar təşkil edib.
Qeyd edək ki, WTI markalı neft aylıq əsasda 13.28%, illik əsasda isə 7.44% dəyər qazanıb. "Brent” markalı neft isə aylıq 11.36%, illik 3.32% bahalaşıb.