09:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İspaniya Kubokunda 1/4 finalda iştirak edəcək bütün klublar müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, kubok uğrunda mübarizə “Valensiya”, “Xetafe”, “Leqanes”, “Barselona”, “Atletiko Madrid”, “Osasuna”, “Real Sosyedad” və Madrid “Real”ı arasında davam edəcək.

1/4 final mərhələsinin püşkatma mərasimi yanvarın 20-də keçiriləcək.

Qeyd edək ki, kubokun ötənilki qalibi finalda “Malyorka”nı penaltilər seriyasında (1:1, 4:2) məğlub edən “Atletik Bilbao”dur. Bu mövsüm isə bask klubu 1/8 final mərhələsində evdə “Osasuna”ya 2:3 hesabı ilə uduzaraq yarışı tərk edib.


Müəllif: Adil Nəhmətli

Oxşar xəbərlər