09:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində ölkələr arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün zəruri olan bütün vacib məsələlər müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Nazir Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanı iki ölkə arasında çox mühüm format adandırıb.

“Biz iki ölkə arasındakı xüsusən müxtəlif sahələr üzrə münasibətlərdə bütün mühüm məsələləri, Azərbaycanla bizi bağlayan strateji tərəfdaşlığı müzakirə edəcəyik”. – M.Boçorişvili deyib.

Qeyd edək ki, İ.Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti bu gün hökumətlərarası komissiyanın X iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər