Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzzadakı atəşkəsə görə Qətər, Misir və ABŞ-dan olan danışıqlar qruplarına təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir Berlinin onların səylərini fəal dəstəklədiyini qeyd edib.
“Hər kəs əldə edilmiş razılaşmalara əməl etsə, rahat nəfəs almaq olar” - diplomat yazıb.
O əlavə edib ki, bu gün o, təkcə sevinc deyil, həm də kədər hissi keçirir, çünki girovların hamısı bu günü görməyib. Bundan əlavə nazir bildirib ki, Qəzza zolağında qida, sığınacaq və tibbi xidmət çatışmazlığı davam edir.