Giresunda müalicə aldığı xəstəxanada beyin ölümü keçirən 59 yaşlı teatr sənətçisi Eray Aktaşın bağışladığı orqanlar 4 nəfərə ümid verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvarın 16-da beyin qanaması keçirən Aktaş Giresun Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Müalicəsi fayda verməyən Aktaşa beyin ölümü diaqnozu qoyulub, ailəsi mərhumun orqanlarını bağışlamağa qərar verib.
Aktaşın iki böyrəyi, qaraciyəri və buynuz qişası Ərzurum və İstanbula göndərilib.
Eray Aktaşın həyat yoldaşı Bahar Aktaş açıqlamasında heç bir ailənin əziyyət çəkməsini istəmədiyinə görə bu qərara verdiyini bildirib.
"Eray da insanlara kömək etməyi sevirdi”- deyə Bahar Aktaş əlavə edib.