"TikTok" sosial şəbəkəsi ABŞ -da fəaliyyətini bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, tətbiqə daxil olan zaman istifadəçilər sosial şəbəkənin bərpası barədə bildiriş alıb.
“Xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. Trampın səyləri sayəsində TikTok ABŞ-a qayıdıb”, - məlumatda bildirilir.
Jurnalistlərin yazdığına görə, xidmət normal rejimdə işləyir. Bununla belə, mobil proqramı hələ də App Store-da yükləmək mümkün deyil.