12:47
236
12 Punto 14 Punto 16 Punto 18 Punto

İfrat sağçı pravoslav İtamar Ben-Qvir Qəzza zolağında atəşkəs sazişinin imzalanmasına görə İsrailin milli təhlükəsizlik naziri vəzifəsindən istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Onunla yanaşı, hökumətin tərkibində olan Otzma Yehudi partiyasının tərəfdarları da istefa veriblər.

“Bu sövdələşmə İD-ni müharibənin çətin qazanclarından məhrum edir, qoşunların Qəzzadan çıxarılmasını və hərbi əməliyyatların dayandırılmasını tələb edir, bu isə HƏMAS-a təslim olmaq deməkdir”, – siyasətçi öz qərarını izah edib.

O, həmçinin girovların azad edilməsi müqabilində dinc əhaliyə qarşı terror aktlarında iştirak edən yüzlərlə məhbusun azad edilməsini ehtiyatsızlıq adlandırıb.

Ben-Qvirin istefası HƏMAS ilə atəşkəs razılaşmasının başlanmasına işarə edən İsrail girovlarının azad edilməli olan siyahısını vasitəçilərə təhvil verməsindən dərhal sonra baş verib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər