Polis təhdid mesajı səbəbindən Avstriyanın Qraz şəhərinin əsas stansiyasını boşaltmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə idarə "Bluesky" sosial şəbəkəsində məlumat yayıb.
“Hazırda Qrazda mərkəzi stansiyada polis böyük əməliyyat aparır. Buna səbəb alınan təhdid mesajı olub. Stansiya boşaldılır, ora giriş-çıxış bağlanıb”, - məlumatda deyilir.