"Microsoft" şirkətinin ekspertləri süni intellektlə (Sİ) bağlı istifadəçilərin risklərini qiymətləndiriblər.
Teleqraf.com xəbər verir ki, alimlər 100-dən çox süni intellekt vasitəsi üzərində təhlil aparıblar.
Onların fikrincə, Sİ "heç zaman tam təhlükəsiz olmayacaq". Bundan başqa, böyük dil modelləri mövcud olan təhlükələri gücləndirir və yenilərini yaradır. Üstəlik, dil modelləri yanlış məlumatlar və ya şəxsi infirmasiyalarla təlim görərsə, model bu informasiyanı istifadəçilər arasında yayacaq.