Ermənistan Türkiyədə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İnterpolun Qırmızı Bildirişinin təqdim etdiyi sorğuya cavab olaraq, Ermənistan 2025-ci il yanvarın 19-da mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Saxlanılan Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən axtarışa verilib. O, “Barış Boyun” cinayətkar qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.
Digər ekstradisiya edilən şəxs İbrahim Kaymak 6 ildir axtarışda olub.
Türkiyə tərəfi əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.