11:32
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazirin sərəncamına əsasən, HƏMAS öhdəliklərini yerinə yetirməyincə atəşkəs qüvvəyə minməyəcək. İsrail ordusu bu dəqiqələrdə zərbələri davam etdirir”.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü briqada generalı Daniel Hagari deyib.

O, HƏMAS-ın hələ də öz öhdəliklərini yerinə yetirmədiyini və razılaşmanı pozduğunu bildirib.

Qeyd edək ki, Qəzza zolağında bu gün səhər saatlarında planlaşdırılan atəşkəs təxirə salınıb. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS İsrailə azad edilməli olan girovların siyahısını verməyənə qədər atəşkəs başlamayacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər