Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya çempionatını dünyanın ən güclü liqası adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə reytinq təşkilatın rəsmi saytında dərc olunub.
Reytinqə əsasən İtaliya A Seriyasının 1992 xalı var. Reytinqdə ikinci yerdə İspaniya çempionatı (La Liqa) olub - onların 1885 xalı var. İlk üçlüyü İngiltərə Premyer Liqası (1871) tamamladı. Almaniya çempionatı reytinqdə beşinci (1606), Fransa Liqası isə səkkizinci (1125) yeri tutub.
Keçən ilin nəticələrinə görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası "Real Madrid"i ən yaxşı klub kimi tanıyıb.