14:08
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Renat Dadaşovun “Ankaragücü”ndən ayrılıb-ayrılmayacağı dəqiq deyil. Klub olaraq, performansından məmnunuq. Amma transfer qərarını baş məşqçi və onun özü verə bilər”.

Bu sözləri Teleqraf.com-a eksklüziv açıqlamasında Türkiyənin “Ankaragücü” klubunun baş meneceri Bəkir Aracı komandada çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun mümkün gedişi ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

Klub rəsmisi Dadaşovun son vaxtlarki performansından narazı qalmadıqlarını qeyd edib: “Ankaragücü” olaraq hər hansı problem görmürük. Renat son olaraq, “Şanlıurfaspor”la oyunda da meydana çıxdı. Statistik göstərciləri ilə bağlı da bir narahatlıq yoxdur. Klub olaraq, deyə bilərik ki, Renat baş məşqçi şans verdikdə deyilən tapşırığı yerinə yetirir. Bununla bağlı hər hansı sıxıntımız yoxdur”.

B.Aracı Dadaşova görə sabiq komandası “Hatayspor”a qoyulan transfer qadağasından da söz açıb:
“Ankaragücü” olaraq bu mövzuda heç bir sıxıntı yaşamadıq. Çünki bizimlə bağlı problem deyil. “Hatayspor”dakı problem də FİFA-dan verilən xəbərdarlığa vaxtında əməl olunmamasından qaynaqlanır. O da futbolçumuzla bağlı problem deyil. Renat ödənilməyən puluna görə etdiyi müraciətdən sonra FİFA-dan göndərilən mail-ə “Hatayspor”un cavab verməməsi belə qadağaya səbəb olub. Buna görə də kluba transfer qadağası qoyuldu. Sonda klub narazılıq kimi əks tədbir görmədi və məsələ orda da qaldı. Yəni bizim komandada buna dair söhbət olmadı. Renatdan heç nə soruşulmadı, o da bizə heç nə demədi. Bizi maraqlandıran mövzu da deyil”.

Qeyd edək ki, xarici mediada "Ankaragücü"də çıxış edən Renat Dadaşovun klubdan ayrılacaq futbolçuların siyahısında yer aldığı iddia olunur. 25 yaşlı oyunçu 2023/2024 mövsümündə "Hatayspor"un formasını geyinib.

Röyanə Oğuz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər