09:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TikTok" Amerika hakimiyyətinin qadağasından sonra ABŞ -də bloklanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sosial şəbəkə “Apple” proqram mağazasından silinib. Proqramın özünə daxil olmaq istəyəndə belə bir elan görünür.

“ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, bu o deməkdir ki, siz hələlik TikTok-dan istifadə edə bilməyəcəksiniz”.

Xatırladaq ki, 2024-cü ilin aprelində ABŞ-ın hazırkı prezidenti Co Bayden qanun imzalayıb, ona görə platforma 2025-ci il yanvarın 19-dək Amerika şirkətinin nəzarətinə keçməlidir, əks halda onun ölkədə fəaliyyəti qadağan olunacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər