00:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan İslam Əmirliyinin xarici işlər nazirinin müavini Şir Mohammad Abbas Stanekzai ölkədə qadın və qızların təhsilinə qoyulan qadağanın aradan qaldırılmasına çağırış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Tolo" xəbər portalı məlumat yayıb.

Onun fikrincə, dövlətin ali liderinin sərəncamı ilə tətbiq edilən qadağa şəriət normalarına uyğun gəlmir.

“Bu gün biz qırx milyonluq ölkədən 20 milyon insana qarşı haqsızlıq edirik. Qiyamət günü buna cavab verməli olacağıq” - nazir müavini bildirib.

Siyasətçi vurğulayıb ki, hakimiyyət qadınları bütün hüquqlarından məhrum edib, həmçinin universitet, məktəb və mədrəsələrin qapılarını onların üzünə bağlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər