21:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidenti Vladimir Putin və onun gələcək amerikalı həmkarı Donald Tramp Ukrayna üçün hərbi neytrallıq barədə razılığa gələ bilərlər".

Teleqraf.com xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar "TASS" agentliyinə müsahibəsində bildirib.

Qaşpar Ukraynanın NATO- ya üzvlüyünə qarşı çıxan Slovakiyanın baş naziri Robert Fikonun sözlərini xatırladıb. Onun sözlərinə görə, Bratislava həm Moskva, həm də Aİ üçün təminat təmin edən qərarları dəstəkləyəcək.

“Beləliklə, Slovakiya Tramp və Putinin razılaşdığı qərarı dəstəkləyəcək”, - vitse-spiker bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər