Yanvarın 18-i ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfindən satışa çıxarılan "TRUMP" kriptovalyutası 24 saatdan az müddət ərzində 4 dəfə bahalaşıb.
Teleqraf.com xəbər verir ki, bunu "Binance"çbirjasının məlumatları sübut edir .
Kriptovalyutanın ümumi ticarət həcminin 10 milyard dolları ötdüyü qeyd edilir. Buraxılan kriptovalyutanın qiyməti yeddi dollardan başlayıb. Gün ərzində onun qiyməti 34,5 dollara çatıb.