22:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlon Mask özünün "X" sosial şəbəkəsində qısa video platforması olan "Vine"ın geri dönəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Neowin” nəşri məlumat yayıb.

İllər öncə sadiq izləyiciləri olan məşhur altı saniyəlik video platforması "Vine" 2017-ci ildə qəfil bağlanıb.

Nəşr vurğulayıb ki, bu, Maskın "Vine" platformasını qaytarmaq cəhdi ilk dəfə deyil. 2022-ci ildə o, artıq istifadəçilər arasında xidmətin qaytarılmasına münasibəti ilə bağlı sorğu keçirib.

Sonda nəşr qeyd edib ki, "TikTok"u ABŞ-də dəfn etmək hələ tezdir, çünki şirkət artıq xidmətin bərpası üçün hüquqi və tənzimləyici məsələlərin həllinə çalışır. Bundan əlavə, yeni prezident Donald Tramp ABŞ-da "TikTok"a qoyulan qadağanı aradan götürmək istəyir.


Müəllif: Arzu

Oxşar xəbərlər