Fələstinin HƏMAS hərəkatı texniki səbəblərə görə azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb.
Məlumata görə, qrupun əməliyyat bölmələri arasında əlaqə kuryerlərin köməyi ilə fiziki olaraq həyata keçirilir və bu, girovların yerlərinin siyahısının tərtibində gecikmələrə səbəb olur. Hərəkat sözçüsü yekun siyahının təhvil verilməsindən əvvəl HƏMAS lideri Məhəmməd Sinvarın təsdiqini tələb edəcək.