Fələstinin radikal HƏMAS hərəkatının liderləri ümid edirlər ki, Rusiya Qəzza zolağında asayişin bərpasına kömək edəcək.
Teleqraf.com "RİA Novosti" nəşrinə istinadən xəbər verir ki, bu barədə HƏMAS rəhbərliyinin üzvü Sami Əbu Zuhri məlumat yayıb.
"Ümid edirik ki, Rusiya rəhbərliyi Qəzzanın yenidən qurulması prosesində mühüm rol oynayacaq və bu ərazini Qərbin himayəsinə keçməsinə imkan verməyəcək", - hərəkatın nümayəndəsi qeyd edib.
Sami Əbu Zuhrinin fikrincə, Rusiya bu mərhələdə Qəzza və ümumilikdə Fələstindəki vəziyyətlə bağlı fundamental rol oynayacaq. O qeyd edib ki, Rusiyanın bu proseslərə qoşulması regionda güc balansı yaradacaq. Əbu Zuhri belə qənaətə gəlib ki, HƏMAS Rusiyanın, xüsusilə də müharibə zamanı mövqeyini yüksək qiymətləndirir.