16:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, sabah saat 7:00-11:00 radələrində arabir yağıntılı olacağı, tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s, havanın temperaturu 3-6° isti olacaq.

Saat 11:00-14:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, havanın temperaturu 5-7° isti olacaq.

Saat 14:00-17:00 radələrində hava şəraitinin əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 7-12 m/s, havanın temperaturu 6-8° isti olacaq.

Saat 18:00-22:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, havanın temperaturu 5°-dək isti olacaq.

***

12:51

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər