Çində aşkar edilən mutasiyaya uğramış meymunçiçəyi virusunun tənəffüs sistemi ilə yoluxduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının üzvü Sergey Netesov açıqlama ilə çıxış edib.
O, Afrikada bu xəstəliyin iki növünün olduğunu qeyd edib: Mərkəzi Afrika və Qərbi Afrika növləri.
Akademikin sözlərinə görə, Mərkəzi Afrika çeşidi virusun gəldiyi Konqo üçün xarakterikdir.
“Virusun tənəffüs yolu ilə ötürülməsində artım var. Onun müəyyən edilmiş variantı, xüsusən, Çin kimi sıx məskunlaşma olan coğrafiyada təkamülə davam edə bilər”, - Netesov vurğulayıb.