ABŞ prezidenti Co Bayden qaradərililərin hüquq müdafiəçisi mərhum Markus Qarvi də daxil olmaqla beş nəfəri əfv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
ABŞ onun təsirini yüksək qiymətləndirdiyi üçün Bayden Qarvini əfv edib. Eyni zamanda Bayden onun məhkum edilməsinin ədalətsiz olduğunu deyib. 1923-cü ildə Qarvi poçt fırıldaqçılığına görə 5 il həbs cəzasına məhkum edilib.
Bayden silahlı zorakılığın qarşısının alınması üzrə müdafiəçi Darryl Çambersi də əfv etdi. O, həmçinin üç vəkili və bir mühaciri əfv edib.