09:26
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrenlandiya Danimarkanın iştirakı olmadan birbaşa ABŞ ilə müdafiə sazişini uzatmaq istəyir.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hakim koalisiya partiyasından olan qrenlandiyalı deputat Siumut Kuno Fenker məlumat verib.

“Biz Danimarka vasitəsilə faktiki olaraq NATO ölkəsiyik. Bizim ABŞ ilə Danimarka vasitəsi ilə müdafiə sazişimiz var. Onu bərpa etmək istəyirik”, - deyə o vurğulayıb.

O bildirib ki, müdafiə sazişi yalnız Qrenlandiya ilə ABŞ arasında bağlanmalıdır.

"Danimarka ilə müqavilə ayrıca imzalana bilər. Bunun üçün bütün imkanlar var"- Fenker vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər