05:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya prezidenti Qustavo Petro ölkədə fövqəladə vəziyyət elan edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb ölkənin şimalındakı qiyamçı qruplaşmalar arasında baş verən silahlı qarşıdurmalardır.

Prezident özünün sosial şəbəkə hesabında qeyd edib ki, fövqəladə vəziyyət daxili narahatlıqlar və iqtisadiyyatdakı böhranla bağlıdır.

Petro onu da qeyd edib ki, Kolumbiya məhkəmə hakimiyyətinin bu qərarı dəstəkləyəcəyinə ümid edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər