03:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı kinoaktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ-ni tərk etməsi barədə xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Şvartsenegger bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Donald Trampın ABŞ prezidenti seçilməsinə etiraz olaraq ölkədən köçməsi barədə şayiələrə münasibət bildirən aktyor qeyd edib: "Yalan xəbərlərə inanmayın. Mən Avstriyada doğulsam da, Amerikada yaranmışam, buranı heç vaxt tərk etmərəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər