09:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah – 22 yanvarda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı bu ilin ilk qərarını açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, Mərkəzi Bankın pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına görə, 2025-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcək:

22 yanvar

12 mart

23 aprel

11 iyun

23 iyul

10 sentyabr

22 oktyabr

10 dekabr

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.

18 dekabr 2024-cü ildə, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər