Tehranda hesab edirlər ki, İsrail-HƏMAS anlaşmasından sonra ABŞ-nin diqqəti İrana yönələcək.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, xarici işlər naziri Abbas Əraqçi “vaxt çatışmazlığı”ndan Nyu-Yorka səfər etməyəcək. “Vaxt çatışmazlığı” bəhanəyə oxşayır. İran Yaxın Şərqdə fəal rola iddia edərkən, Birləşmiş Millətlər Təşkilatında Fələstin, o cümlədən Qəzza zolağında vəziyyətin müzakirəsindən imtina edib. Görünür, ABŞ və Qətərin vasitəçiliyi ilə İsrail hökuməti ilə HƏMAS arasında əldə edilən atəşkəs və girovların azad edilməsi razılaşması İrandakı mühafizəkar dairələrin maraqlarına cavab verimir.
Yəqin hesab edirlər ki, bu razılaşmadan sonra İsrailin və ABŞ-nin diqqəti İrana yönələcək. Diqqət yeni Prezident Donald Trampın İranla bağlı hansı siyasəti həyata keçirəcəyinə yönəlib”, - analitik bildirib.