12:27
217
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2025-ci il daxili siyasət baxımından çox vacib il olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

O bildirib ki, ölkədə radikalizm və liberal faşizmə son qoymaq lazımdır.

“Biz ölkəmizdəki radikallara həlledici zərbə vurmalıyıq. Gürcüstanda radikalizm və liberal faşizmə son qoyulmalıdır. Bu, şübhəsiz ki, ölkənin maneəsiz inkişafını davam etdirmək və ölkəmizin qarşısına qoyduğu bütün milli məqsədlərə nail olmaq üçün vacibdir”, - hökumət başçısı söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər