"TikTok"un baş direktoru Çu Şou Tzu, "SpaceX", "Tesla" və "X" şirkətlərinin sahibi İlon Mask və "Apple"nin rəhbəri Tim Kuk ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasiminə qatılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçinin mətbuat xidməti məlumat yayıb.
İştirakçılar arasında media maqnatı Rupert Merdokun da olduğu bildirilir.
Mərasimdə həmçinin ABŞ dövlət katibi postuna namizəd olan Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri olacaq Mayk Vals, baş prokuror və ədliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Pam Bondi, amerikalı investor və milyarder Hovard Lutnik, daxili işlər naziri vəzifəsinə namizəd olan Şimali Dakota qubernatoru Duqlas Burqem də iştirak edib.