ABŞ-nin yeni prezidenti Donald Tramp Meksika sərhədindəki vəziyyətlə bağlı fövqəladə vəziyyət elan edəcəyini və qanunsuz mühacirlərin girişini dayandırmaq üçün ora qoşun göndərəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə inauqurasiya tədbirində danışıb.
"Bu gün mən Amerikanın tam bərpasına və sağlam düşüncə inqilabına başlayacaq bir sıra tarixi sərəncamlar imzalayacağam", - Tramp deyib.
Tramp ilk növbədə ABŞ-nin cənub sərhəddində fövqəladə vəziyyət elan edəcək.