10:30
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa təqdim edəcəyi 4 təcili dosye: Suriyada PKK/YPG-yə dəstəyin dayandırılması, sanksiyaların tamamilə ləğvi, F-35-lərə görə ödənilən pulların qaytarılması və ya Ankaranın proqrama qaytarılması, Konqresin təsdiq etdiyi layihə çərçivəsində F-16-ların təhvil verilməsi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Vaşinqton-Ankara münasibətlərində ən isti mövzu ABŞ-nin Suriyada PKK/YPG terror təşkilatına davamlı dəstəyidir. Türkiyə bu dəstəyin dayandırılmasını tələb edəcək. Türkiyə ABŞ hərbçilərinin Suriyadakı münaqişəyə qarışmaması lazım olduğunu vurğulayan Trampdan yeni prezidentlik dövründə də bu qətiyyətini qorumasını gözləyir.

Həllini gözləyən digər mühüm məsələ CAATSA sanksiyalarıdır. “ABŞ-nin Düşmənlərinə Qarşı Sanksiyalar Yoluyla Mübarizə Aktı” (CAATSA) son illərdə ikitərəfli münasibətlərin ən mühüm gündəm maddələrindən biridir. Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasını bəhanə edərək Türkiyəyə qarşı CAATSA sanksiyaları tətbiq edən ABŞ bunlara son qoyulması çağırışlarına hələlik müsbət cavab verməyib. Türkiyə Trampdan da bu sanksiyaların ləğvini tələb edəcək.

ABŞ-nin S-400-ləri bəhanə edərək F-35 döyüş təyyarəsi proqramından çıxardığı Türkiyəyə bu layihə çərçivəsində 1 milyard 450 milyon dollar borcu var. Ankara ya həmin pulların ödənilməsini, ya da proqrama qaytarılmasını tələb edəcək.

Həmçinin ABŞ Konqresi F-16-ların Türkiyəyə satışını təsdiqlədikdən sonra müttəfiqlik əlaqələri baxımından prosesin pozulmadan tamamlanması vacibdir. Türkiyə ABŞ-dən 40 ədəd F-16 almağı planlaşdırır. Bu arada, ABŞ-nin Cənubi Kiprə qarşı silah embarqosunu ləğv etməsi də Türkiyə ilə Amerika arasında gərginliyə səbəb olub. Adadakı kritik silahlanma məsələsi də həllini gözləyən problemlər sırasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər