09:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları və işçi heyəti Şəhidlər xiyabanını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli Məclisin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da Şəhidlər xiyabanını ziyarət edib.

Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.

Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

***

09:45

Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının sədri Ramil Usubov, Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının sədr müavini Mədət Quliyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Elm və təhsil naziri Emin Əmrullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, “Azərbaycan Hava Yolları"nın (AZAL) prezidenti Samir Rzayev və AZAL kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, onlar şəhidlərin məzarı üzərinə əklilər qoyub, ruhlarını yad ediblər.

***

09:24

Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, onlar faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.

Qeyd edək ki, Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxdığı və qanlı tarix yazdığı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən 35 il ötür.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər