Levan İzoria Gürcüstan baş nazirinin təhsil və elm məsələləri üzrə müşaviri təyin olunub.
Teleqraf.com xəbər verir ki, ona universitet islahatları ilə bağlı yaradılacaq hökumət komissiyasının katibi vəzifəsi həvalə olunub.
Baş nazir İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib ki, Gürcütanda ali təhsilin keyfiyyəti qənaətbəxş deyil və yaxın 4 ildə universitet sistemi kökündən dəyişilməlidir.
Qeyd edək ki, L.İzoria 2016-2019-cu illərdə Gürcüstanın müdafiə naziri olub. O, daha sonra Milli Təhükəsizlik Şurasının katibi, Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini də tutub. 2020-ci ilin martından Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışıb.