13:41
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar facisəsi ilə əlaqədar sosial mediada paylaşım edib.

Teleqraf.com xəbər verir ki, hərbi qurumun paylaşımında Türkiyənin Azərbaycana dəstəyi bildirilib.

“Qardaş Azərbaycanda baş verən və Qara Yanvar kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı ehtiramla yad edirik.

Yaxşı gündə də, pis gündə də “bir millət, iki dövlət” olaraq Azərbaycan türkü qardaşlarımızla bir yerdə olmağa davam edəcəyik.

Unutmadıq, unutmayacağıq”, - paylaşımda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər