16:09
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətindəki kazarmalarını sökürlər.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni jurnalist Oskan Sərkisyan məlumat verib.

“Dörd-beş gündür ruslar kazarmanın əmlakını Voskepardan daşıyırlar. Bir neçə gündür Voskepar kəndini ərazisində, dövlətlərarası avtomobil yolunun kənarında materiallar yığılıb qalıb. Voskepar sakinləri bunları hara köçürdüklərini bilmirlər, bəziləri Ararata, bəziləri isə Rusiyaya köçürdüklərini düşünürlər.

Rusiya hərbçiləri bura 2021-ci ilin avqustun əvvəlində gəliblər. Ruslar əvvəldən kəndin kənarında tərk edilmiş evlərdən birində yaşayıblar, sonra modul kazarmalar tikdilər. Bənzər kazarma Berd rayonunun Ayqepar kəndində, keçmiş kiçik hava limanının ərazisində də inşa olunub.

Güman edilir ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədin həmin hissəsində sərhədin demarkasiyası işlərində iştirak etməli idilər, amma bu olmayıb”, - jurnalist bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər