05:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasim yerli vaxtla saat 12:00-da baş tutub.

Qonaqlar arasında Çinin vitse-prezidenti Xan Çjen, Argentina prezidenti Xavyer Miley, İtaliyanın baş naziri Corcu Meloni, "Meta" şirkətinin rəhbəri Mark Zükerberq və arvadı Pristsilla Çan, "Amazon" şirkətinin rəhbəri Ceff Bezos, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask, biznesmen Vivek Ramasvami və "Google" şirkətinin icraçı direktoru Sundar Piçay da olub.

ABŞ-nin prezidentləri - Bill Klinton (arvadı Hillari ilə), Corc Buş (arvadı Lora ilə) və Barak Obama da mərasimdə iştirak ediblər.

İnauqurasiyadan əvvəl Tramp Ağ Evdə ABŞ prezidenti Co Bayden və xanımı ilə ənənəvi çayiçmə mərasimində olub, bundan sonra onlar birgə inauqurasiyaya yollanıblar.

Andiçmədən əvvəl Nyu-York arxiyepiskopu Timoti Dilon dua oxuyub.

Andiçmə mərasimində Melaniya Tramp ərini müşayiət edib. Sonra isə ailə üzvləri - qızları İvanka və Tiffani, oğulları Donald Tramp, Erik və Berron onu təbrik ediblər.

Daha sonra Tramp nitq söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər