Gürcüstanın eks-prezidenti Salome Zurabişvili 2019-cu ildə yaratdığı xeyriyyə fondunu ləğv edib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Məlumata əsasən, sabiq dövlət başçısı Dövlət Reyestrinə təşkilatın ləğvi ilə bağlı müraciət təqdim edib və onun müraciəti təmin olunub.
Qeyd edək ki, “Salome Zurabişvili Fondu”nun əsas fəaliyyət istiqamətləri uşaq onkologiyası, səhiyyə, qadın və uşaqların sağlamlığı, mədəniyyət və regional inkişaf olub. S.Zurabişvili prezident kimi aldığı əməkhaqqını fonda köçürürdü.