Panama Prezidenti Xose Raul Mulino ABŞ-nin yeni prezidenti Donald Trampın Panama kanalına nəzarəti ələ keçirmək niyyətində olduğuna dair iddialarını sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Panama Respublikası və onun xalqı adından Prezident Donald Trampın Panama kanalı ilə bağlı inauqurasiya nitqində söylədiyi bəyanatları qəti şəkildə rədd etməliyəm. Dekabrın 22-də xalqa müraciətimdə dediklərimi təkrar edirəm, Kanal Panamanın bir hissəsidir və elə də qalır, onun idarəsi onun daimi neytrallığına ciddi riayət etməklə, Panamanın nəzarəti altında qalacaq”, - deyə Mulino yazıb.
O qeyd edib ki, ABŞ ilə danışıqlara hazırdılar: "Dialoqa hazırıq, lakin təslim olmağa yox".