Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar sosial mediada paylaşım edib.
Teleqraf.com xəbər verir ki, qardaş ölkənin xarici siyasət qurumu qeydlərini “Unutmayacağıq” mesajı ilə paylaşıb.
“1990-cı il yanvarın 20-də müstəqillik uğrunda şəhid olan qardaş Azərbaycanın qəhrəmanlarının xatirəsini ehtiram və ehtiramla yad edirik”, - paylaşımda deyilir.
Türkiyə XİN-nin paylaşdığı fotonun üzərində isə bu qeydlər yer alır:
“20 Yanvar, Milli Matəm Günü. Unutmayacağıq”.