27 Yanvar 10:25
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş üzvü Məhərrəm İncə partiyaya geri dönmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə CHP-dən olan millət vəkili Ali Öztunç məlumat verib.

“Məhərrəm bəyin yaxın çevrəsində olan dostlarımız var. Məhərrəm bəyin ata evinə qayıtmaq arzusunun olduğunu bildirirlər. Bunun dərhal nəticə verəcəyini düşünmürəm. Ancaq qərargahın bu məsələ ilə bağlı nə düşündüyünü, sədrin (Özgür Özəl) bu məsələ ilə bağlı hansı planının olduğunu bilmirəm. Bu məlumat hələ bölüşülməyib”, - millət vəkili deyib.

Xatırladaq ki, Məhərrəm İncə 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra təsisçisi olduğu Məmləkət Partiyasına rəhbərlik edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər