"Nəzarət etməli olduğumuz yeganə məqam öz oyunumuzdur".
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Xose Luis Mendilibar Super Liqanın XX turunda "Panatinakos"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
64 yaşlı mütəxəssis məhz buna hazırlaşmalı olduqlarını söyləyib: "Qalib gələ bilsək, inanıram ki, dərhal növbəti mərhələyə yüksələcəyik".
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" oyunu 30 yanvarda keçiriləcək. 7 turdan sonra "ağ-qırmızılar" 12 xalla 12-ci, Ağdam klubu isə 3 xalla 34-cüdür.