27 Yanvar 16:38
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Ermənistanla ikitərəfli münasibətlərdə sələfi Co Bayden qədər fəal olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Ekspertin fikrincə, Bayden ABŞ-dəki erməni diasporu və lobbisinin “maarifləndirməsi” sayəsində regionu daha yaxşı tanıyıb, bu səbəbdən yanaşması daha “dərin” olub: “Baydenin ermənilərlə kifayət qədər yaxşı əlaqələri vardı. Hətta gənc yaşlarından senator kimi ABŞ tarixinin ən ermənipərəst siyasətçilərindən biri hesab olunurdu”.

Sərkisyan hesab edir ki, ermənilərlə o qədər də yaxşı əlaqələrə malik olmayan Tramp region haqda az məlumatlıdır: “Ona görə də onun xarici siyasəti Co Baydeninkindən çox fərqli olacaq - bütün istiqamətlərdə və bütün məsələlərdə. Fundamental olmasa da, ən azı çox əhəmiyyətli fərqlərə malik olacaq”.

Politoloq əlavə edib ki, siyasi xətlərdəki fərq yaxın həftələrdə nəzərə çarpacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər